Biz Şirkət olaraq 2008-ci ildən rəsmi fəaliyyət
göstəririk (topdan və pərakəndə satış) və aşağıda göstərilən sahələrdə zəngin təcrübəmiz
vardır. Bir çox xarici şirkətlərin Azərbaycan Respublikasında rəsmi nümayəndisiyik.
Alıcılarımızın rahatlığını düşünərək alış prosesini rahatlaşdırmaq məqsədi ilə
artıq sayt formasında da fəaliyyət göstəririk. Əsas diqqət hər bir müştərinin fərdi
istəyinə ayrılır. Biz əməkdaşlıq üçün əlverişli şərtlər, endirimlər edirik və
lazımi məlumatları təqdim etməyə hər zaman hazırıq. Müxtəlif məhsulların
mövcudluğunu həmişə saytımızda izləyə bilərsiniz.
Biz həmçinin əlavə texniki şərtlər barədə məlumat
verməyə, müxtəlif tikinti məqsədləri üçün optimal avadanlıq seçməyə və məsləhət
verməyə hazırıq.
Əsas prinsipimiz – etibarlıq və hər bir məhsulumuza
olan inamdır.
Saytımızda hər növ tikinti avadanlıqları, bağ
ləvazimatları kimi mallar sifariş edə bilərsiniz. Bunun üçün sadəcə əlaqə
formasını doldurmalı və sifarişinizin daha ətraflı dəqiqləşdirilməsi üçün
menecerin zəngini gözləməyiniz yetərlidir.
Məhsul çeşidimiz demək olar hər gün genişlənir,
müəssisələr və şəxsi ehtiyacları ödəyən bütün lazımi avadanlıqları özündə birləşdirir.
Alışınızı həm köçürmə, həm də nağd şəkildə edə
bilərsiniz.
1.Müdaxilə qapaqları – alümminium və poladdan
(topdan və pərakənd satış)
-
Divar və tavana quraşdırılma
-
Havalandırmada istifadə olunur
-
Elektrik qapaqları və kabellərin
gizlədilməsi
-
Sanuzeldə kanalizasiya və su xəttlərinin
gizlədilməsi
-
Və s. sahələrdə istifadə olunur.
2.Toz halında mineral boyalar (topdan və pərakəndə
satış)
-
Döşəmə daşları istehsalında
-
Üzlük daşları istehsalında
-
Mozaika işlərində
-
Kabel və rezin istehsalında
-
Toxuculuqda
-
Sulu boya istehsalında
-
Rəsm şəkilişində
-
Və s. sahələrdə istifadə olunur.
3.Ağ sement (topdan və pərakəndə satış)
-
Dekorativ işlərdə
-
Kafel, metlax arası
doldurulmasında
-
Bina üzlüklərinin istehsalında
-
Və s. sahələrdə istifadə olunur.
4.Bağçılıq alətləri və digər ev əşyaları (topdan
və pərakəndə satış)
-
Kürəklər (qazma, kiçik qazma, uclu
qazma, qaz təmizlənməsi, ot və peyin qazmaq üçün), bağ arabaları, bağ alətləri,
kultivatorlar, şirə presləri, şirəçəkənlər, kök kəsicilər, yem kəsicilər, süzgəclər,
çəkic, tikinti qazma, balta, mala və s.
5.Elektrik məhsulları
6.Dizayn, dekor əşya və vasitələri